Vinnipeq Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq paleontoloqlar qrupu yeni insan növünü kəşf ediblər.
Pravda.az xəbər verir ki, "homo bodoensis" adlanan yeni növ Afrika və Cənub-Şərqi Avropanın indiki sakinləri ilə əlaqələndirilə bilər.
Qeyd edilir ki, "homo bodoensis" Afrikada təxminən 500 min il əvvəl yaşayıb və müasir insanların birbaşa əcdadı olub.