BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan xalqı və demokratiya qalib gəlib"

"Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirilib".

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Monteneqro parlamentinin deputatı Predraq Sekuliç deyib.

 

O bildirib ki, Bakı və Bakı ətrafında 15-16 məntəqədə müşahidə aparıb: "Müşahidələr zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədim. Seçki prosesi tam demokratik qaydada həyata keçirildi. Kimlərin qalib gəldiyi, kimin parlamentə seçildiyi mənə məlum olmasa da,  bir onu deyə bilərəm ki,  dünənki seçkilərdə Azərbaycan xalqı və demokratiya qalib gəlib".

 

Monteneqro parlamentinin deputatı həmçinin qeyd edib ki,  bundan əvvəl də Azərbaycanda seçki prosesini izləyib.APA

Tarix: 10 Fevral 2020, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin