Özünü bloqer kimi təqdim edən, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa sabiq namizəd Ata Abdullayev Ziyad Səmədzadəni deputat seçilməsi münasibətilə təbrik edib.
Ata Abdullayev rəqibi Ziyad Səmədzadəni təbrik etdi: “İnanıram ki, layiqincə təmsil edəcəksiniz”
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Abdullayev özü məlumat yayıb.
“İnanıram ki, Ziyad Səmədzadə rayonumuzu layiqincə təmsil edəcək. Təşviqat dövründə mübarizə getdi, çıxışlar oldu...Amma siz seçildiniz. Əminəm ki, əvvəlki illərdəki kimi Nəsimi və Səbail rayonlarının sakinlərinin hüquqlarını qoruyacaqsınız” – A.Abdullayev qeyd edib.