Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Yeni təhlükəli virus yarana bilər - ÜST-dən XƏBƏRDARLIQ

1 292
Paylaş:
Yeni təhlükəli virus yarana bilər -       ÜST-dən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Pravda.az-ın məlumatına görə, Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, - ÜST rəhbəri vurğulayıb.

Paylaş:

Ən son xəbərlər