Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? - İş yerlərinin qapadılması, “SMS-icazə”nin tətbiqi...

1 175
Paylaş:
Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? -     İş yerlərinin qapadılması, “SMS-icazə”nin tətbiqi...

“Ölkədə bir sıra məhdudiyyətlərin aradan qaldırılması yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanı artırır. Doğrudur ki, biz uzun müddət ictimai və sosial fəaliyyətlərdən qismən kənar qalmışıq, lakin yenə də səbirli olmaq lazımdır. Misal üçün, saatlarla zoopark növbəsində dayanmaq çox da vacib deyil. Bu məsələlərdə valideynlər daha diqqətli olmalıdırlar. Çünki COVID-19 infeksiyasının yeni yayılmağa başlayan AY.4.2 növü digər ştamlarla müqayisədə daha yoluxdurucudur. Həmçinin, uşaqlar arasında da koronavirusa yoluxma halının artıdığını müşahidə edirik”.

Bunu Pravda.az-a açıqlamasında tibb elmləri doktoru, professor Əlizamin Sadiqov deyib.

O bildirib ki, xüsusilə orta və ali təhsil müəssisələrinin fəaliyyətinin bərpası yoluxmanı daha da artırır: “Azərbaycan Tibb Universitetində tədrislə məşğulam. Gün ərzində seminar və müharizələrə girirəm. Qruplara dərs başa düşüləndir, çox sayda tələbə olmur. Amma mühazirələrdə 100 nəfər tələbəni bir araya toplaşması koronovirusun yayılması baxımından risklidir. Hesab edirəm ki, çox sayda tələbəni bir araya yığmaqdansa, mühazirələrin distant formada təşkili daha yaxşıdır. Bu kimi məsələlərə ciddi nəzarət etmək lazımdır. Başqa məhdudiyyətlər isə, iş yerlərinin qapadılmasının, “SMS-icazə”nin tətbiqinin tərəfdarı deyiləm”.

Professor, həmçinin qeyd edib ki, koronavirus əleyhinə vaksinasiya olunaraq, özümüzü və yaxınlarımızı qorumaq mütləqdir: “Unutmaq olmaz ki, hazırda koronavirusdan yeganə çıxış yolu peyvəndlənməkdir. Bir sıra hallarda gənclər yoluxduqları halda belə virusu yüngül keçirəcəklərini düşündükləri üçün vaksinasiyadan yayınırlar. Lakin kimlərsə infeksiyanı ağır keçirməsə belə digərlərinə yoluxdura və onların xəstəliyinin kəskinləşməsinə səbəb ola bilərlər. Ona görə də diqqətli olmaq lazımdır. Hazırda isə Azərbaycandakı epidemioloji vəziyyəti nəzarətdə saxlamaq mümkündür”.

Qeyd: Azərbaycanda oktyabrın 29-da yeni növ koronavirus (COVID-19) infeksiyasına 2132 yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 526 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Paylaş:

Ən son xəbərlər