BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov yenidən deputat seçilib.

 

Pravda.az-ın xəbərinə görə, 81 yaşlı deputat hazırda lider namizədlər arasında ən yaşlısıdır. Fəttah Heydərovun son nəticədə deputat olacağı dəqiqləşsə, yeni çağırış Milli Məclisin ilk iclasını da o aparacaq.

 

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yeni tərkibin ilk iclası ən yaşı deputat tərəfindən aparılır. O, parlamentin sədri seçilənədək birinci iclası aparır.Olke.az

Tarix: 10 Fevral 2020, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin