Amerikalı aktyor Alek Bolduin ilk dəfə oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun tərəfindən asılan atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə danışıb.
Pravda.az-ın xəbərinə görə, A. Bolduin Vermont ştatında onu izləyən paparasiyə bildirib ki, bu, trilyonda bir rast gəlinən bir bədbəxt hadisədir.
Aktyor deyib ki, son 75 ildə çoxlu sayda filmlər və teleşoular çəkilib: “Bu filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi ”.