Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in Gəncədən Moskvaya uçan J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.
Gəncə-Moskva təyyarəsi məcburi eniş etdi
Pravda.az-ın xəbərinə görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib.
Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.