Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Qaz kəmərində güclü partlayış olub, ölən və yaralananlar var

983
Paylaş:
Qaz kəmərində güclü partlayış olub, ölən və yaralananlar var

Meksikanın Puebla ştatında qaz kəmərinin kəsilərək qeyri-qanuni müdaxilə edilən hissəsində güclü partlayış baş verib.

Pravda.az-ın məlumatına görə, bu barədə ştatın Xilasetmə xidmətinin “Tvitter” səhifəsində yazılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Ətrafdakı yaşayış məntəqələrindən 2 minə yaxın sakin təxliyə edilib. 50-dən çox evə ziyan dəydiyi bildirilir.

APA

Paylaş:

Ən son xəbərlər