İşğaldan azad olunmuş ərazilərdə sakinlər arasında pay torpaqlarının bölgüsü aparılacaq.
Pravda.az-ın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb.
Millət vəkilinin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb. İşğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq.