"Həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil".
Pravda.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi xüsusilə də payız və qış fəsillərində geniş vüsət alan immunitet zəifliyini nəzərə alaraq valideynlərə xəbərdarlıq edib.
Səhiyyə Nazirliyinin məsləhətçisi Aynurə Zeynalovanın sözlərinə görə, xüsusilə də D vitamininin bədəndə çox olması xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Orqanizmdə vitamin ehtiyacının təmin olunması üçün uşaqlarda qida vərdişləri və düzgün yuxu rejimi formalaşmalıdır: "Biz dəfələrlə valideynləri bu barədə məlumatlandırsaq da, nəticə dəyişmir".
Pediatr Estella Məhərrəmova isə deyib ki, işlədiyi 4 saylı uşaq poliklinikasına tez-tez bu şikayətlərlə xəstə qəbul etsələr də, valideynlər öz vərdişlərini dəyişmək istəmirlər.