Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK-dan Rauf Arifoğlu ilə bağlı QƏRAR

1 352
Paylaş:
MSK-dan Rauf Arifoğlu ilə bağlı    QƏRAR

Mərkəzi Seçki Komissiyasının saytında 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticəsi dərc edilib.

Pravda.az xəbər verir ki, 33 məntəqənin hamısının cəminə əsasən, bu dairədən deputatlığa namizəd, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu 49,2 faiz səslə liderlik edir.

Qeyd edək ki, ötən gün seçki məntəqələri bağlandıqdan dərhal sonra Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələri açıqlanmış və Rauf Arifoğlunun bu dairədə 45,1 faiz səslə qalib gəldiyi elan edilmişdi.

Lakin Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 87 faizinin sayılmasından sonra açıqladığı ilkin nəticələrdə 7 dairə, o cümlədən 35 saylı Xətai seçki dairəsinin nəticəsini elan etməmişdi. MSK sədri Məzahir Pənahov bunu həmin seçki dairələrindən ciddi müraciətlərin olması və hazırda araşdırma aparılması ilə əlaqələndirmişdi.Azxeber

Paylaş:

Ən son xəbərlər