Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi verilməsi təklif olunur

776
Paylaş:
Hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi verilməsi təklif olunur

Sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.

Pravda.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.

Paylaş:

Ən son xəbərlər