Bu dəfə Zəfər Günü ilə əlaqədar daha fərqli amnistiya aktının imzalanması gözlənilir. Ənənəvi olaraq amnistiyaya daxil olan müəyyən kateqoriyalarla yanaşı bir neçə yeniliklər də nəzərdə tutulur. Belə ki, bu ilki amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.
Bu il Qələbənin tarixi əhəmiyyəti nəzərə alınaraq daha fərqli amnistiya aktı imzalana bilər.
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, amnistiya aktının 8 Noyabr Zəfər Günü ərəfəsində qəbul ediləcəyi və bu təşəbbüsün 15 min şəxsə şamil olunacağı gözlənilir. O bildirib ki, həmin şəxslərdən 1500-ə yaxın məhbusun azadlığa çıxması mümkün ola bilər.