ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara yerli “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.
Pravda.az xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb.
Mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə sözügedən yaş qrupunun iki dozası ilə peyvənd edilməsinə səs veriblər.