Salonlardan avtomobil alanlar bundan sonra ödənişləri nağdsız formada ödəməli olacaqlar. Bu məsələ ''nağdsız hesablaşmalar haqqında'' qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Təklif edilən qayda iki şəxs arasında həyata keçirilən alqı-satqı əməliyyatlarına aid deyil. Digər təklif, göstərilən tibbi xidmətlərlə bağlıdır.
Ölkəmizdə avtomobil satışı üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Bu "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. İqtisadçı ekspert Əli Əhmədovun sözlərinə görə, təklif hələlik avtosalonlarda həyata keçirilən satışlara şamil ediləcək.
Digər təklifə görə xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsidir. Ekspertin sözlərinə görə bəzi tibb ocaqlarında vergidən yayınma halları müşahidə edilirdi. Təklif qəbul edilsə, xəstəxanalarda tibbi xidmətlərin qiymətində dəyişikliklər ola bilər.