"Meta" şirkətinin baş direktoru Mark Zukerberq yeni həvəsləndirmə proqramına başladığını elan edib.
Pravda.az xəbər verir ki, layihə feysbukda reklam məqsədilə paylaşım edənlərə gəlirlərini artırmağa kömək edəcək.
"Meta"nın təsisçisinin sözlərinə görə, şirkət abunə məhsulunu istifadəçilərin daha çox qazana bilməsi üçün yeniləyəcək.
Yenililk ödənişli abunə olmaq imkanını nəzərdə tutur. Bu, paylaşım müəllifləri üçün sponsorlu link kimi görünəcək. İstifadəçilər təklif olunan səhifəyə daxil olanda, vergilər çıxılmaqla qazanc müəlliflərə köçürüləcək.