Vergi Məcəlləsinə əlavə dəyər vergisi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Təkliflər təsdiq edilərsə, gələn ildən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini geri almaq mümkün olacaq. Təkliflərdən biri də bəzi məhsulların alışı zamanı əlavə dəyər vergisinin qaytarılması mexanizminin ləğv edilməsi ilə bağlıdır. Bura avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxildir.
Əlavə dəyər vergisinin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, təkliflər komitədə müzakirə edilib. Vüqar Bayramov bildirib ki, məqsəd vergidən yayınmaların qarşısını almaq, ödənişlərin leqallaşdırılması, eləcə də ödənişlərin bir hissəsininin vətəndaşlara qaytarılmasını təmin etməkdir.