Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Beynəlxalq Valyuta Fondunun prezidenti: "Daha yaxşı dünyanı qurmalıyıq"

1 123
Paylaş:
Beynəlxalq Valyuta Fondunun prezidenti: "Daha yaxşı dünyanı qurmalıyıq"

“Kütləvi peyvənd nəticəsində dünya ölkələrində iqtisadiyyat bərpa olunmaqdadır”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Beynəlxalq Valyuta Fondunun prezidenti deyib ki, bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına da mane olur: “Bu ilin sonuna qədər dünya ölkələrində əhalinin 40 faizinə vaksin vurulması hədəfini qoymuşuq. Biz gələcək şoklara qarşı da müqavimətimizi artırmalıyıq. İqlim dəyişikliyinin təhdidləri qapımızdadır. Biz daha yaxşı dünyanı qurmalıyıq”.

Paylaş:

Ən son xəbərlər