“Uşaqpulu”nun verilməsi üçün ən azı 2.5, 3 milyard manat lazımdır. Dövlət büdcəsi 26-27 milyard civarındadır. Yüz minlərlə insana sosial dəstək göstərilir. Həm “uşaqpulu” verməyə, həm də sosial paketi saxlamağa büdcə dözməz”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Rüfət Quliyev bildirib.