Nazirlər Kabineti "Sudan istifadə Qaydaları"nda dəyişiklik edilib.
Pravda.az-ın xəbərinə görə, qərara əsasən, hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.