BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Arifoğlu: “İqbal Ağazadənin siyasətdə yolunu kəsmək lazımdır”

“35 saylı Xətai üçüncü seçki dairəsində seçkilər ən demokratik şəkildə keçirildi. İnzibati resursla müdaxilə etmədilər. Tam tərsinə, əsas rəqibim zorbalıq etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu 35 saylı Xətai üçüncü seçki dairəsinin lider namizədi Rauf Arifoğlu deyib.

 

“Rəqibim namizəd kimi irəli sürdüyü şəxslərin hər biri üçün məntəqələrdə 4 müşahidəçi qeydiyyatdan keçirmişdi. Fiziki üstünlüyü əldə etməyə çalışırdılar, sanki, savaşa gedirlər... Təzyiqlər, təhdidlər, rüşvət təklif etmək, “karusel” təşkil etmək... Rəqibim bunların hamısını etdi. O, bir neçə məntəqə sədrinə rüşvət də verib. Bu, səsvermə günü özünü göstərdi. Ümid Partiyasının əməkdaşları “karusel” həyata keçirirdilər. Rəqibim çox təhlükəli adamdır, siyasətdə yolunu kəsmək, məhkəmə yolu ilə bu insanın siyasi fəaliyyətinə qadağa qoymaq lazımdır” – R.Arifoğlu qeyd edib.

 

Qeyd: R.Arifoğlunun əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadə olub.

Tarix: 10 Fevral 2020, 23:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin