Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

BŞİH-də şəhid ailələri ilə görüş keçirildi - FOTO

1 133
Paylaş:
BŞİH-də şəhid ailələri ilə görüş keçirildi -         FOTO

Zəfər bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

Pravda.az xəbər verir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən 1 il ötür. Ötən ilin sentyabrın 27-də şanlı Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq Ermənilərlə olan münaqişə qələbə ilə başa çatdı:

“Vətən müharibəsi günlərində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olundu.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da var. Dövlətimizin başçısı İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür”.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirılməsi ilə bağlı müraciətlər nəzarətə alındı. 

 





Paylaş:

Ən son xəbərlər