1894-cü ildə Almaniyada anadan olan Alois İrlmayer İkinci Dünya müharibəsi və Almaniyanın 1939-cu il sentyabrın 1-də Polşaya hücumu ilə başlayan müharibə zamanı baş verənləri proqnozlaşdırmışdı.
Pravda.az xəbər verir ki, Alois İrlmayer 3-cü Dünya müharibəsinin Türkiyənin də sahillərinə sahib olduğu Aralıq dənizində başlayacağını bildirib.
Kahinlər keçmişdən bu günə qədər hər dövrdə diqqət çəkən insanlardır. 1894-cü ildə Almaniyada doğulan və mədən işçisi olan Alois İrlmayer də bu adlardandır. 2-ci Dünya müharibəsi və öz ölüm tarixini bilən Alois İrlmayerin 3-cü Dünya müharibəsi üçün Aralıq dənizini göstərməsi eşidənləri qorxuya salıb.
Irlmaier peşəkar quyu qazmaçısı idi və mədən kəşfiyyatçısı kimi də çalışıb. Eyni zamanda gələcəyi proqnozlaşdırdığı iddia edilən İrlmaier İkinci Dünya müharibəsi zamanı bombalanacaq ərazilərin və bir neçə itkin düşmüş şəxsin tapılması ilə bağlı çox doğru proqnozlar verib.
Elə İkinci Dünya müharibəsi illərində verdiyi proqnozların reallaşması onu məşhurlaşdırdı. Irlmaierin söylədiklərinin həqiqəti bir çox hallarda onu bəlaya düçar etdi. Lakin zaman keçdikcə ona şöhrət də qazandırdı. O, cadu və dələduzluğa görə məhkəməyə verildi. Bu işə xitam verildikdən sonra vəziyyət dəyişməyə başladı. İrlmayer bu işdə sübut etdi ki, o, fırıldaqçı və şarlatan deyil.