“The India Times” 2030-cu ildə su altında qalaraq Yer üzündən yox ola biləcək şəhərlərin siyahısını hazırlayıb.
Pravda.az xəbər verir ki, siyahı “Climate Central” iqlim təşkilatının xəritəsindən alınan məlumatlar əsasında tərtib edilib. Siyahıda birinci yerdə Amsterdam qərarlaşıb. Siyahı müəlliflərinin fikrincə, niderlandlıların daşqından qorunmağı öyrənmələrinə baxmayaraq, şəhər qlobal istiləşmə nəticəsində su altında qalacaq.
Siyahıda ikinci yerdə İraqın Bəsrə şəhərinin adı yer alıb. Şəhər Fars körfəzinə tökülən Şatt əl-Ərəb çayı üzərində yerləşir. Bəsrə 2030-cu ilə qədər qismən və ya tamamilə su altında qala bilər.