8 noyabr Zəfər günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar aşağıda göstərilən marşrutların hərəkət istiqamətləri məhdudiyyətlərə uyğun olaraq təşkil ediləcək:
1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
2 nömrəli marşrut: Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti – Heydər Əliyev prospektindən geriyə dönməklə (Tunelin üstü) – Ağa Nemətulla küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
4 və 88 nömrəli marşrutlar : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
5 nömrəli marşrut : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
6,10,18, 31,53 və 77 nömrəli marşrutlar: Şeyx Şamil küçəsi - Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
21,32,46 və 175 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti – Xəqani Rüstəmov küçəsi – 8 Noyabr prospekti (Geriyə dönmə) daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.