Dövlət problemli kreditlərin həlli istiqamətində atılan addımları genişləndirir. Növbəti il də dövlət büdcəsindən problemli kreditlərin kompensasiyası üçün 18.8 milyon manat vəsait ayrılacaq. Həmin vəsaitin həm fiziki şəxslərin, həm də sahibkarların problemli kreditlərinin həllinə yönləndirilməsi gözlənir.
Gələn il problemli kreditlərin kompensasiyasına 19 mln. manatadək vəsait ayrılacaq. Bu, 2022-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb. Həmin vəsaitin 9.5 milyon manatı fiziki şəxslərin problemli kreditlərinin həllinə yönləndiriləcək.
Bununla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən kreditlərini ödəyə bilməyən vətəndaşların problemi kreditlərinin kompensasiyası istiqamətində də müzakirələr gedir. Mərkəzi Bank bu istiqamətdə də dəstəyini davam etdirəcək.