Tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi məqsədilə bu il sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılmışdı. Noyabrın 10-dan prosesə yenidən başlanır. 2 aya yaxın, yəni uzunmüddətli fasilə bəzi problemlərə səbəb olub.
Noyabrın 10-dan şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır. Yenidən həm məktəb daxilində sinfi, həm də məktəbi dəyişmək mümkün olacaq.
Ekspert Kamran Əsədovun sözlərinə görə, sözügedən proses yalnız əəə.sy.edu.az portalı vasitəsilə həyata keçirilə bilər. Bu il sentyabrın 12-dən isə bu portalın fəaliyyəti dayandırılmışdı. Ekspert deyir ki, 2 aya yaxın, yəni uzunmüddətli fasilə ortaya bir sıra problemlər çıxarıb. Ən əsası 6 mindən çox şəxsin təhsil alma hüququ məhdudlaşdırılıb.