BURADA REKLAMINIZ OLA
BİLƏR

Atası deputatlığa namizədə şeir yazdı: “Ruhdan düşmə hələki...”

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuş Kəramət Böyükçölə atası Qəşəm Nəcəfzadə şeir həsr edib.

 

Pravda.az həmin şeiri təqdim edir:

 

Mənim balam öz balana söylə ki...

 

Oğlum, dünən qınayırdın atanı,

Bu gün gördün, hər şey atan deyəndi.

Milyon ildi itkin düşüb həqiqət,

İndi düzlər ağzın sənə əyəndi.

 

Pis adamlar məndən sənə qalandı,

Mən cəhənnəm, körpə qəlbin talandı.

Allandığım adamlara allandın,

Allanan da, alladan da həmindi.

 

Mən qocayam bərki- boşu qanıram,

Olanları gəldi – gedər sanıram.

Səni necə aldatdılar, yanram,

Aldanmayan əlində tək qələmdi.

 

Mənim balam öz balana söylə ki...

Qəşəm baban dedi mənə böyləki:

Qurban olum ruhdan düşmə hələki,

Ən gözəli gözəl Allah biləndi.

 

Xatırlatma: Həmin seçki dairəsindən lider namizəd Çingiz Qənizadədir.

Tarix: 11 Fevral 2020, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin