Azərbaycan Xarici İşlər Nazirliyi İran rəhbərliyini İslam inqilabının 41-ci ildönümü münasibətilə təbrik edib.
Azərbaycandan İrana TƏBRİK
Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:
“İki ölkə arasında olan münasibətlər tarixən dostluq və mehriban qonşuluq mühitində yaşayan xalqların iradəsinə əsaslanıb. Bu gün biz İran İslam Respublikasının Milli Günü münasibətilə təbrik edir və bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”.