Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Artım nə qədər gözlənilir?

2 194
Paylaş:
Artım nə qədər gözlənilir?

“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 mln. manat və 22,5 faiz artırılması nəzərdə tutulur. Bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, bundan daha çox pay götürən  icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq: “Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir. Beləliklə də bu ilin sonuna orta aylıq əmək haqqının 742,8 manat, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır. Hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə  orta aylıq əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır. Büdcənin əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirləri 1677,4 mln. manat və ya cari ilə nisbətən 331,9 mln. manat və ya 24,7 faiz çox olması proqnozlaşdırılır. Bunun müqabilində də  gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfertin 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin”.

Paylaş:

Ən son xəbərlər