Liviyadakı qiyamçı general Xəlifə Haftarın oğlu Səddam Haftar Tel-Əvivə gizli səfər edərək burada atasının iki ölkə arasında gələcəkdə diplomatik əlaqələr qurmağı hədəfləyən mesajını çatdırıb.
Pravda.az xəbər verir ki, bu barədə İsrailin “Haretz” qəzeti bildirir.
Məlumata görə, Səddam Haftar noyabrın 1-də İsrailə gəlib.
Səddam Haftar atasının Liviya ilə İsrail arasında gələcəkdə diplomatik əlaqələr qurmasının qarşılığında İsraildən hərbi və siyasi dəstək tələb edən mesajını Təl-Əvivə çatdırıb.