Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə peyvənd üçün istifadə edilən bir milyarddan çox xüsusi şprisin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.
Pravda.az xəbər verir ki, ÜST-ün dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedmanın Cenevrədə keçirdiyi brifinqdə deyib ki, bu çatışmazlıq dünyada peyvəndləmə prosesinin ləngiməsinə səbəb ola bilər.
"Biz peyvənd üçün real şpris çatışmazlığı ilə üzləşə biləcəyimizdən narahatlığımızı bildiririk. Dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə, bu çatışmazlıq özünü göstərə bilər", - Hedman bildirib.