8 noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb.
Amnistiya Aktının icrasına başlanıldı
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək".