Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Hörmətli Samir müəllim, insanlarımızı bu qədər avam sayırsız?!”

1 653
Paylaş:
“Hörmətli Samir müəllim, insanlarımızı bu qədər avam sayırsız?!”

“Samir Şərifov deyir ki, Neft Fondundan transfert azalır. Hörmətli Samir müəllim, 2018-ci ildə Neft Fondundan büdcəyə transfert 9 mlrd. 216 mln manat, 2019-cu ildə 11 mlrd. 344 mln. manat, 2020-ci ildə transfert 11 mlrd. 350 mln. manat, 2021-ci ildə 12 mlrd. 200 mln. manat olub. 2022-ci ildə isə NF-dan büdcə 12 mlrd. 710 mln. manat transfert olacağı nəzərdə tutulub. Siz elə bilirsiz qatığa qara deyən kimi o həmin an qara rəng olur?! İstənilən problemin həlli ilk olaraq onun etirafından başlayır, inkarından yox”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Həqiqəti inkar etməklə nə qazanırsız?! Axı insanlar iki dəqiqə zaman ayırıb rəsmi rəqəmlərə baxa bilər, yəni siz insanlarımızı bu qədər avam sayırsız?!” – N.Cəfərli qeyd edib.

Paylaş:

Ən son xəbərlər