"Təəssüf edirəm ki, cəmiyyətdə dövlətin ali qanunverici orqanına qarşı münasibət xoşagələn deyil. Görünən odur ki, Milli Məclisin üzvləri olaraq biz də özümüzü millətə dəqiq ifadə edə bilmirik. Amma nə baş verməsindən asılı olmayaraq cəmiyyət həmişə deputatların təqsirkar olduğunu düşünür. Biz, doğrudan da, gücümüz çatan bütün məsələləri müzakirəyə çıxarır, gündəmə gətiririk".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli ötən gün güclü külək nəticəsində Milli Məclisin inzibati binasının üzlüyünün qopması barədə xəbərə sosial şəbəkələrdə yazılan mənfi şərhlərə münasibət bildirərkən deyib.