Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, mükafatlar Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən verilib.
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilib:
Ağayev Ziya Səbuhi oğlu
Ağazadə Murad Firdovsi oğlu
Əsgərzadə Elmar Etibar oğlu