“Ukrayna Gürcüstandan öz vətəndaşı olan Mixeil Saakaşviliyə qarşı ləyaqətlə davranmasını tələb edir və ona qarşı fiziki güc tətbiqini qəbuledilməz hesab edir”.
Pravda.az xəbər verir ki, Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Gürcüstanın bu ölkədəki səfiri Giorgi Zakaraşvili ilə görüşü zamanı belə deyib. Bildirib ki, görüş zamanı nazir müavini Gürcüstan tərəfini Ukraynanın mövqeyi ilə bağlı məlumatlandırıb.