Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda tibbi təchizat sisteminin gücləndirməsi istiqamətində əməkdaşlığını davam etdirir.
BMTİP-dan Pravda.az-a verilən xəbərə görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib. Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir.