Dağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində silahlı insident baş verib.

Pravda.az xəbər verir ki, təqaüdçü şəxs torpaq mübahisəsi zəminində silahla 3 nəfərə atəş açıb. Nəticədə məscidin imamı hadisə yerində ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yaralılardan birinin bıçaq zərbəsi nəticəsində silahlı şəxsin özü də öldürülüb. Faktla bağlı cinayət işi açılıb.