Birinci Qarabağ müharibəsində yaralanmış, lakin sığorta məbləğini ala bilməyən hərbi qulluqçulara gələn il ödənişlər həyata keçiriləcək.
Pravda.az-ın məlumatına görə, bu barədə "2022-ci il dövlət büdcəsinin layihəsi"ndə əksini tapıb.
Millət vəkili Vüqar Bayramov deyib ki, ödənişlər üçün 67 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.