Gələn ilin dövlət büdcəsində əsaslı dəyişikliklərin olacağı gözlənir. 2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata, minimum əməkhaqqı məbləği isə 250 manatdan 300 manata çatdırılacaq. Gələn ilin dövlət büdcəsi artıq komitələrdə müzakirə olunub, gələn həftə də plenar iclasa çıxarılacaq. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişiklikləri şərh edib. O bildirib ki, dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsində artım var:
Millət vəkilinin sözlərinə görə, sosial yönümlü xərclər builki büdcənin 46,4 faizini təşkil edəcək. Ən çox artırılan xərclər də təhsil xərcləridir ki, bötüvlükdə büdcənin 13 faizini təşkil edəcək. Səhiyyə xərcləri isə müstəqillik dövründə olmadığı həddə çatacaq və təxminən 1 milyard 700 min manatdan çox olacaq.