Ekvadorun qərbindəki Quayakil şəhərindəki həbsxanada baş verən qiyam və toqquşmalar zamanı həlak olanların sayı 68 nəfərə çatıb.
Pravda.az-ın xəbərinə görə, toqquşmalar zamanı daha 12 nəfər xəsarət alıb.
Həbsxanaya polis, hərbçilər cəlb edilib. Cəzaçəkmə müəssisəsində aparılan axtarışlar zamanı xeyli sayda silah, kəsici alət aşkarlanıb. Yerli media bildirib ki, toqquşmaya səbəb həbsxanadakı qruplar arasında rəhbərlik uğrunda mübarizə olub.