Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.