İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.
Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.
Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.
***