“Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Eldar Əliyevin əməlləri ilə bağlı bir neçə dəfə danışmışam. Amma heç bir nəticə olmayıb. Tənqid etdiyim digər şəxslər məzuniyyətə göndərilib. Bu, bir müddətlikdir, qayıdıb yenə də talan edəcəklər”.
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Əvəz Zeynallı bildirib.