Sosial şəbəkələrdə yayılan daha bir videodan məlum olur ki, Qaz İstismar idarəsinin işçiləri mavi yanacağın tərkibinə hava vururlar.
Pravda.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən evlərə gedən qaz xətlərinə hava vurulması ilə bağlı dəfələrlə şikayətlər olub. Lakin görünən odur ki, bu cür problemləri yaratmaqla vətəndaşları narazı salmaq istəyən şəxslər var.