Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini yenidən atəşə tutdu

1 095
Paylaş:
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini yenidən atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Paylaş:

Ən son xəbərlər