24 iyun 2018-ci ildə Türkiyədə sistem dəyişikliyi baş verdi və Ərdoğan çox böyük səlahiyyətlərlə Prezident seçildi, 25 iyun 2018-ci ildə 1 dollar 4 lirə 59 quruş idi. Seçkilərdə Erdoğanın əsas şüarları, “faizləri endirəcəyik, məzənnəni sabitləşdirəcəyik, lirə dollar qarşısında möhkəmlənəcək”, idi. Ərdoğan prezident olduqdan sonra bütün müstəqil iqtisadi institutların işinə birbaşa müdaxilə etməyə başladı, Mərkəzi Bank kimi çox mühim, vacib, müstəqilliyi önəmli olan institutu faktiki olaraq özünə bağladı, Türkiyə Mərkəzi Bank sədrlərini tez-tez dəyişərək güvənini bir quruşluq etdi, Elman Rüstəmovdan da sözəbaxan rəhbər təyin etdi. İqtisadiyyatı əmrlə idarə etməyə çalışdı, düşündü ki, iqtisadiyyatda da odlu-alovlu çıxışlarla dizayn etmək mümkündür. İqtisadiyyat isə elmdir, məntiqi, qaydaları, qanunları var, Ərdoğan təkbaşına bu sahədə də həlledici qərarverən oldu.
Natiq Cəfərli: “İqtisadiyyatı əmrlə, məzənnəni zopa ilə, iqtisadi qanunları çeynəməklə idarəçiliyin sonu belə olur”
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
“Nəticə göz qabağında: 18 noyabr 2021-ci il, seçkilərdən cəmi 3 il sonra dollar 11 lirə 12 qruş oldu. Türkiyə bizim canımızdır, qardaşımızdır, Ərdoğan Azərbaycan üçün çox əziyyət çəkib, amma qardaş-qardaşa gərək sözün düzünü deyə. Bizimkilər də baxıb dərs çıxarsınlar, iqtisadiyyatı əmrlə, məzənnəni zopa ilə, iqtisadi qanunları çeynəməklə idarəçiliyin sonu belə olur. Bunu mən demirəm, elm deyir – iqtisadiyyat elmi...” – N.Cəfərli qeyd edib.