Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

"Şahdəniz 2"nin şimal cinahında beşinci quyudan hasilata başlanıldı

1 155
Paylaş:
"Şahdəniz 2"nin şimal cinahında beşinci quyudan hasilata başlanıldı

“Şahdəniz 2” şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

Bu barədə BP şirkəti məlumat yayıb.

Bu, 2021-ci ilin IV rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

"Mövcud “Şahdəniz 1” və “Şahdəniz 2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. çox) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 mlrd. standart kubmetr qaz və 3 mln. ton (təqribən 24 mln. barel) kondensat hasil edilib.

Paylaş:

Ən son xəbərlər